Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Qurbanzadə Fərid Vidadi oğlu

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Rəis

Fərid Qurbanzadə 1981-ci ildə İmişli rayonunda anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini “Tarix”, 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasında mütəxəssis kimi başlayıb. 2002-2021-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində məsul vəzifələrdə çalışıb. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. İtaliya, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Türkiyə, Çin, Cənubi Koreya, Moldova, Səudiyyə Ərəbistanı və digər xarici ölkələrdə təşkil edilən beynəlxalq səviyyəli forum, konfrans, seminar və mübadilə proqramlarında iştirak edib. Eyni zamanda ölkəmizdə keçirilən bir sıra yerli və beynəlxalq səviyyəli tədbirlərin təşkilatçısı olub. “Azərbaycan gəncləri – Azərbaycanın gələcəyidir!” və “Gələcək gənclərindir!” kitablarının redaksiya  heyətinin üzvü olub. 15 fevral 2021-ci il tarixindən 3 iyul 2023-cü il tarixinədək Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb. 3 iyul 2023-cü il tarixindən Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.