Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Bağırov Mönsüm Vəliyəddin oğlu

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi (Xızı rayonu üzrə)

Mönsüm Vəliyəddin oğlu Bağırov 1 sentyabr 1968-ci ildə Ermənistan Respublikasının Exeqnadzor rayonun Qızılgül kəndində anadan olmuşdur. 1975-1983-cü illərdə Qızılgül kənd 8 illik orta məktəbində, 1983-1985-ci illərdə Qovuşuq kənd orta məktəbində təhsil almışdır. 1989-cu ilin aprel-oktyabr aylarında SPP “Qafqazenerqoremont” Xızı yardımçı təsərrüfatında fəhlə, 1990-1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin Xızı rayon Qaz İstismar kontorunda nəzarətçi işləmişdir. 1991-ci ilin yanvar-noyabr aylarında Xızı rayon Qaz İstismar İdarəsində müvəqqəti baş mühasib, 1991-2000-ci illərdə Xızı rayon Qaz İstismar İdarəsində baş mühasib, 2000-2015-ci illərdə Xızı Bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır. 2004-2008-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində təhsil alaraq “Dövlət və Bələdiyyə” ixtisasına yiyələnmişdir. 2010-2013-cü illərdə Azərbaycan Respulikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Hüquqşünas" ixtisasına yiyələnmiş və magistr dərəcəsi almışdır. 2015-2017-ci illərdə Xızı rayon Mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2017-ci ildən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin Xızı rayonu üzrə baş məsləhətçi vəzifəsində çalışır.

Telefon: (023) 3150345

Qəbul günləri: I-V günlər; saat 9.00-18.00