Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Məmmədova Tahirə Ələkbər qızı

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Böyük mühasib (Xızı rayonu üzrə)

Tahirə Ələkbər qızı Məmmədova 25 dekabr 1976-cı ildə Dəvəçi rayonunun Yanıqələz kəndində anadan olmuşdur. 1984-1992-ci ildə Abşeron rayonunun Xızı kənd orta məktəbində təhsil almışdır. 1992-1995-ci illərdə Xızı rayon 8 saylı orta texniki peşə məktəbində mühasibat uçotu üzrə mühasib kursunu bitirmişdir. 1995-ci ilin iyun-dekabr aylarında Xızı qəsəbə uşaq bağçasında tərbiyəçi, 1995-1996-cı illərdə Xızı rayon Əhalinin Sosoial Müdafiə Mərkəzində kargüzar vəzifələrində işləmişdir. 1996-2004-cü illərdə Əhalinin Sosoial Müdafiə Mərkəzində sahə mühasibi, 2004-2008-ci illərdə Dövlət Sosial Müdafiə Fondunda aparıcı mühasib, 2009-2013-cü illərdə Xızı rayon Mərkəzi Kitabxanasında metodist, 2013-2016-cı illərdə Xızı rayon Mədəniyyət və Turizm şöbəsində mühasib vəzifələrində işləmişdir. 2017-ci ildən Sumqayıt  Regional Mədəniyyət və Turizm İdarəsinin, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət İdarəsində böyük mühasib vəzifəsində işləyir. Subaydır.

Telefon: (02331) 50345

E-poçt: tahira_mammadova@mail.ru

Qəbul günləri: I-V günlər : saat 9.00-18.00