Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Şabili Həsrət Zaməddin oğlu

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Rəis müavini

Şabili Həsrət Zaməddin oğlu 1992-ci il sentyabr ayının 5-də Yardımlı rayonu Köryədi kəndində anadan olmuş, orta təhsilini Yardımlı rayon Köryədi kənd tam orta məktəbində almışdır. 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya iqtisadiyyatı fakültəsində Beynəlxalq iqtisadi münasibətlər ixtisasında təhsil almışdır. 2015-2016-cı illərdə Silahlı Qüvvələrin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2016-2018 ci illərdə “El-MMC”-də insan resursları üzrə mütəxəssis, Yevlax rayon Gənclər və İdman İdarəsində aparıcı məsləhətçi, 2019-cu ildən İsmayıllı Regional Mədəniyyət İdarəsində baş məsləhətçi-Qobustan rayonu üzrə nümayəndə, 2021-2023-cü illərdə İsmayıllı Regional Mədəniyyət İdarəsində rəis müavini vəzifələrində çalışmışdır. 3 iyul 2023-cü il tarixdən Abşeron-Xızı Regional Mədəniyyət İdarəsində rəis müavini vəzifəsində çalışır.