Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə uğurlar qazandılar

19.05.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Almaniya-Qazaxıstanın birgə lahiyəsi olan “Deutscland Music Grandprix” adlı I vokal-instrumental müsabiqəsində uğurlar qazanıblar. Fortepaino sinfində təhsil alan Tacnur Allahverdiyeva I, Aylin Yusifli II və Cəmilə Muxtarova III, Skripka sinfində təhsil alan Gülçiçək Əlizadə III yerə layiq görülüblər. Şagirdləri müsabiqəyə hazırlayan müəllimlər Arzu Məmmədova və Mailə Zeynalova “Təşəkkürnamə” ilə təltif olunublar.