Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Zəfər” Musiqi və Teatr Festivalının növbəti konsert proqramı Sumqayıtda keçirildi

07.11.2023

Noyabrın 3-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən “Kimyaçı” Mədəniyyət Sarayında “Zəfər Günü”nə həsr olunmuş konsert keçirilib.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, mədəniyyət və təhsil işçiləri iştirak ediblər.

Tədbiri Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov çıxış edərək, açıq elan edib. O, çıxışı zamanı ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə etdiyi şanlı qələbədən danışıb.

F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı tarixi zəfərimizə həsr etdiyi rəngarəng musiqi proqramı ilə çıxış ediblər.

Konsertdə Azərbaycan Respublikasının xalq artisti Zabit Nəbizadə, əməkdar artisləri Almaz Orucova, Nuriyyə Hüseynova, həmçinin Vəfa Orucova, Nigar Mirzəyeva, Nurlana Abdullayeva, Rəvanə Qurbanova, İdris Tağıyev də çıxış ediblər.

Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.