Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək

09.04.2024

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2024/2025-ci tədris il üçün musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların və direktor müavinlərinin işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən işə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə çalışan direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.

İşə qəbul və yerdəyişmə qaydaları, müsabiqənin test imtahanı proqramı və müsahibə proqramı ilə qeyd olunan linklərə daxil olmaqla tanış ola bilərsiniz.

Müsabiqə və müsahibələrin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.