Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Abşeron rayon Novxanı kənd Sənətkarlıq klubu

1992-ci ildə yaradılıb. 3 nəfər işçisi vardır. Binanın ümumi sahəsi 240 m2 tamaşaçı zalında oturacaq yerlərin sayı  100 nəfərdir. Foye-60 m2-dir.

Sənətkarlıq evində 2010-cu ildən”Xəzər ulduzları” rəqs ansamblı fəaliyyət göstərir. Ansambl respublika və rayon səviyyəli tədbirlərdə fəal iştirak edir. ”Xəzər ulduzları rəqs ansamblı 2011-ci ildə M.Maqomayev adına Dövlət Flarmoniyasında keçirilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş uşaq rəqs kollektivlərinin Respublika müsabiqəsində III yeri tutmuşdur. 2014-cü ildə Latviyanın Riqa şəhərində keçirilən rəqs festivalına dəvət almış və festivalın diplomuna layıq görülmüşlər. 2016-2017-ci illərdə 27-30 avqust tarixinədək Moskva Dövlət Humanitar Universitetində “Əlillərə dəsatək” layihəsi çərçivəsində keçirilən VI-VII festivalda  iştirak ediblər.

Rəqs ansamblı Sumqayıt şəhər mədəniyyət evi ilə birgə  1 İyun Uşaqların Beynəlxalq  Müdafiəsi günü münasibətilə keçirilən tədbirdə maraqlı proqramla çıxış etmişlər.