Ceyranbatan qəsəbə folklor evi 1963-cü ildə yaranmış və 2011-ci ildən yeni inşa edilmiş binada fəaliyyətini davam etdirir. Binanın ümumi sahəsi 1344 m2 –dir. Binada Ceyranbatan uşaq incəsənət məktəbi , kitabxana və folklor evi yerləşir. Ümumi istifadə olunan tamaşa zalında oturacaq yerlərin sayı 200 nəfərdir. Foyenin sahəsi 70 m2 –dir. Folklor evinin inzibati otaqların sayı 2-dir.
Folklor evində qeyri-maddi mədəni irsin qorunması məqsədilə özfəaliyyət kollektivləri yaradılmışdır. Xalq çalğı alətləri ansamblı, rəqs və saz dərnəklərinin üzvləri keçirilən mədəni kütləvi tədbirlərdə fəal iştirak edirlər.