Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Abşeron rayon MKS-nin 5 saylı Mehdiabad qəsəbə Kitabxana filialı

Abşeron rayon 5 saylı Mehdiabad qəsəbə kitabxana filialı 1966-ci ildə yaradılmışdır. Kitabxana filialının ümumi sahəsi 96 m ² dir və uyğunlaşdırılmış binada yerləşdirilmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin, müstəqil kitabxanalarının, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri”nin təsdiq edilməsi haqqında 11 oktyabr 2011-ci il 162 saylı qərarına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 3213/19 saylı məktubuna və Abşeron rayon İcra Hakimiyyəti başçısının 172 saylı 10. 02. 2012-ci il tarixli sərəncamına əsasən Abşeron rayon MKS-nin 11 saylı (2 saylı sovxoz) kitabxana filialı 5 saylı Mehdiabad qəsəbə kitabxana filialına birləşdirilib. Mehdiabad qəsəbəsinin ərazisi 1957 hektardır. əhalisi isə cəmi 24253, daimi əhali 11624, məcburi köçkünlər 7629, qeyri-rəsmi əhali 5000 nəfərdir ki, onun da 1820 nəfəri kitabxanadan istifadə edir.

Filialın kitab fondu 23289 nüsxədir