Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət Məktəbi

Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət məktəbi 1987-ci ildən fəaliyyət göstərir. Məktəbin fəaliyyəti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin musiqi, rəssamlıq və incəsənət məktəblərinin əsasnaməsinə müvafiq olaraq qurulur.

 Məktəbdə ç şöbə fəaliyyət göstərir: fortepiano, xalq çalğı alətləri və nəzəriyyə şöbəsi.

2013-cü ilin dekabr ayının 24-dən məktəb yeni inşa edilmiş və müasir tələblərə cavab verən binaya köçürülmüşdür. Hal-hazırda isə məktəb 9 ixtisas: fortepiano, klarnet, tar, kamança, qarmon, nağara, xanəndə , rəssamlıq və xoreoqrafiya üzrə öz fəaliyyətini davam etdirir.

Məktəb davamlı olaraq pedaqoji-metodiki ləvazimat və dərsliklərlə təmin olunur. Məktəbdə 16 ədəd piani-no, 3 ədəd tar, 2 ədəd nağara, 2 ədəd kamança, 5 ədəd qarmon mövcuddur. Məktəbin şagirdləri hər il respublika müsabiqələrində uğurla iştirak edir və fəxri fərman və diplomlarla təltif edilirlər. Məktəbi məzunları hər il Respublikanın ali və orta ixtisas məktəblərinə daxil olurlar.