Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Xızı rayon MKS-nin Altıağac qəsəbə Kitabxana filialı

Altı-Ağac qəsəbə kitabxana filialı 1958-ci ildə tikilmişdir. Bir otaqdan ibarətdir.Sahəsi 32m2-dir. Kitabxana çap əsərlərini səmərəli istifadə etmək xidməti göstərir. Bu xidmət abonentləri ədəbiyyat və informasiya ilə təmin etmək məqsədi daşıyır. Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir. Eyni zamanda kitabxana üzvlərindən fəal, istedadlı oxucuların seçilməsidə kitabxanın fəaliyyət sahələrindəndir.