Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Xızı rayon Şurabad qəsəbə Sənətkarlıq evi

Şurabad qəsəbə Sənətkarlıq evi 1956-cı ildə tikilmişdir.  Sahəsi  329m2-dir.Klub iki otaq və bir səhnədən ibarətdir. Azərbaycanın qeyri-maddi mədəni irsin əsas sahələri olan folklor, sənətkarlıq və diyarşünaslığın dəstəklənməsi istiqamətində tədbirlər keçirtməkdir. Azərbaycan xalqının tarixi-mədəni həyat təcrübəsinin və diyarşünaslığın inkişafı məqsədi ilə xalq adət və ənənələrinin təbliği, milli bayram və mərasimləri qoruyub saxlamaq, tarixi rəmz və ənənəvi bilikləri rekonstruksiyası, xalq sənətkarlığının dirçəldilməsi məqsədi ilə xalq tətbiqi sənətini inkişaf etdirmək, o cümlədən, ənənəvi dekorativ sənətini qorumaq, təsviri incəsənəti canlandırmaq kimi tədbirləri həyata keçirtməkdir. Qədim sənətkarlıq formalarını yeni nəsilə catdirmaq istiqamətində işlər aparmaq da klubun əsas vəzifələrindəndir.