Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Mikayıl Müşfiq muzeyi

Mikayıl Müşfiq muzeyi- “Müşfiq ocağı” Xızının Sayadlar kəndində yerləşir. Muzeyin binası 1992-ci ildə tikilmişdir.  Muzey 1mərtəbəli olmaqla 1 otaqdan ibarətdir. Muzeyin sahəsi 55 m2-dir.2006-cı ildən muzey statusu alaraq 8 nəfər işçi ilə fəaliyyətə başlamışdır. Muzeyin həyətində nakam şairin büstü qoyulmuşdur. “Oxu Tar”abidəsi 2008-ci il M.Müşfiqin 100 illik yubileyinə həsr olunub.Muzeyi həyətyanı sahəsində kitaba abidə qoyulmuşdur.Muzeydə eksponatların sayı:221 ədəd olmaqla 1 büst ,43 fotoşəkil, 177-i isə şairin sənədlərindən ibarətdir.Muzeyin fəaliyyəti M.Müşfiqin həyat və yaradıcılığı haqında olan yazıları ,şəkilləri qoruyub saxlamaq.Eyni zamanda yerli və xarici turistlərə şair haqqında,muzey haqqında məlumatlarla tanış etməkdir.