Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbi 1977 - ci ildən fəalliyətə başlamışdır. Fəaliyyətə başladığı ildə məktəbdə 7 ixtisas ( fortepiano, skripka, tar, kamança, qarmon, nağara, klarnet ) üzrə 80 şagird kontingenti ilə 25 ali və orta ixtisas təhsilli müəllimlər çalışırdı. Hazırda məktəbdə 12 ixtisas (fortepiano, skripka, tar, kamança, qarmon, nağara, klarnet balaban, xanəndə, saz, kanon, vokal ) üzrə - 513 şagird kontingenti ilə 187 ali və orta ixtisas təhsilli müəllimlər çalışır. Abşeron rayon Mədəniyyət evinin binasında uyğunlaşmış şəraitdə fəaliyyət göstərən məktəb, 03 oktyabr 2014-cü il tarixində xüsusi layihə üzrə tkilmiş, Azərbaycan Respkblikası Prezidentinin iştirakı ilə açılan, tam müasir tələblərə uyğun 3 mərtəbəli yeni məktəb binasına köçürülmüşdür. Məktəb şagirdləri, mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə respublika və beynəlxalq səviyyəli müsabiqələrdə yaxından iştirak edərək uğurlu nəticələr əldə edirlər. 2012 ci ildə məktəbin fortepiano ixtisası
üzrə şagirdi Atabala Manafzadə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan
Respublikası Prezidentinin 29 mart 2012 ci iltarixli 2111 № -li sərancamı
ilə adı, Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na yazılmaqla Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür. Məktəb, Türkiyənin – İstanbul, İzmir, Manisa, Bursa şəhərlərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri, Gürcüstanın –Tblisi, Marneuli, Bolnisi, Qardabani, Rustavi, Xaşuri, Kutaisi şəhərlərindəki Mədəniyyət Mərkəzləri və Musiqi Məktəbləri ilə sıx əməkdaşlıq edir. Beynəlxalq əməkdaşlıq cərcivəsində təşkil olunan tədbirlərdə iştirak etmək üçün dəvətlər alan məktəb kollektivi böyük heyətlə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə və sponsorlar hesabına sözügedən şəhərlərə səfərlər edərək həmin tədbirlərdə maraqlı və rəngarəng konsert proqramları ilə çıxış edir və Azərbaycanı layiqincə təmsil edirlər. 2015-ci ildə məktəb, AHİK - tərəfindən keçirilən «Sağlam və təhlükəsizlik əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi» respublika müsabiqəsinin qalibi olaraq «Fəxri Diplom »a layiq görülmüşdür. 2016 - cı ildən etibarən məktəb onbirillik təhsil sisteminə keçərək Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbi adlandırılmışdır.