Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Sumqayıt Şəhər Əli Kərim adına “Poeziya” klubu

1990-cı ildə fəaliyyətə başlayan və Sumqayıt Regional  Mədəniyyət İdarəsinin tabeliyindəki klublar sırasında olan Əli Kərim adına Sumqayıt Şəhər Poeziya Klubu öz fəaliyyətini bu gün də inamla davam etdirir. Klub 1992-ci ildən görkəmli Azərbaycan şairi Əli Kərimin adını daşıyır.  Poeziya klubu öz işlərini klubun fəaliyyət proqramına uyğun olaraq iki istiqamətdə - şəhərdə ədəbiyyatın təbliği və şəhər ədəbi ictimaiyyətinin problemlərinin həlli istiqamətlərində qurmuşdur. Ədəbiyyata yeni gələnlərin istiqamətləndirilməsi, peşəkar yazıçı və şairlərin əsərlərinin nəşrə hazırlanması məsələləri, yeni nəşr olunmuş kitabların müzakirəsi və təqdimat mərasimləri, ayrı-ayrı yazıçıların yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələrin və yubiley tədbirlərinin təşkili klubun fəaliyyətində prioritet məsələlərdir. Klubda görülən işlər vaxtaşırı respublikanın müxtəlif kütləvi informasiya vasitələri ilə işıqlandırılır. Klub respublikanın ayrı-ayrı regionlarında fəaliyyət göstərən ədəbi qurumlarla əməkdaşlıq edir, birgə tədbirlər həyata keçirir.  Hal-hazırda klubun nəzdində “Dəniz” ədəbi birliyi ilə yanaşı, yeni ədəbi yaradıcılığa başlayanlar üçün “Ocaq” ədəbi birliyi fəaliyyət göstərir.