Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Sumqayıt şəhəri 4 saylı diyarşünaslıq evi

1978-ci ildə faliyyətə başlayan diyarşünaslıq evində muğam üçlüyü, “Lider” rəqs qrupu, “Zirvə” instrumental ansamblı, “Bülbüllər” vokal qrupu, gənclər teatrı, “Bacarıqlı əllər” həvəskar birlik, “Bilik” maraq klubu, toxuculuq, tibb kursları fəaliyyət göstərir. Klubun bədii-özfəaliyyət kollektivləri hərbi hissələrdə, orta ümumtəhsil məktəblərində, uşaq bağçalarında maraqlı mədəni-kütləvi tədbirlər təşkil edirlər. Yaz-yay mövsümündə şəhər əhalisinin asudə vaxtının səmərəli təşkili məqsədilə maraqlı konsert proqramları ilə çıxış edirlər. Şəhərdə keçirilən ümumşəhər tədbirlərində fəal iştirak edirlər.