Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Sumqayıt şəhər Cəfər Cabbarlı adına Mədəniyyət Evi

1952-ci ildən fəaliyyətə başlayan 2000-ci ilin sentyabrından etibarən mədəniyyət evi Sumqayıt şəhər Mədəniyyət İdarəsinin balansına verilmişdir. Mədəniyyət evində 5 nəfər ştat cədvəli üzrə və 5 nəfər ştatdankənar işçi çalışır, 5 dərnək və 1 inzibati otaq var. Mədəniyyət evində Meyxanaçılar qrupu, “ Bacarıqlı əllər”, “Gənclər” ansambılı, “ Turan” rəqs qrupu fəaliyyət göstərir. Mədəniyyət evində bir çox özfəaliyyət kollektivləri fəaliyyət göstərir. Milli rəqs, “Turan” milli rəqs qrupu şəhərimzdə keçirilən tədbirlərdə geniş şəkildə iştirak edirlər. Yay aylarında əhalinin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə özfəaliyyət kollektivləri şəhərimizin parklarında rəngarəng konsert proqramları ilə çıxış edirlər. 2008-ci ildə C.Cabbarlı adına Mədəniyyət Evinin “Buta” folklor kollektivi Qazaxıstan Respublikasının Manğıstau vilayətinin Aktau şəhərində “Xəzər dostluq dənizidir” başlığı altında keşirilmiş Xəzəryanı dövlətlərin festivalında və 2009-cu ildə Aktau şəhərində keçirilən Sumqayıt və Aktau şəhərlərinin incəsənət ustalarının birgə konsertində uğurla iştirak etmiş, festivalda I dərəcəli Diploma layiq görülmüşdür.