Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Sumqayıt Şəhər Mədəniyyət Evi

1980-ci ildə müharibə və əmək veteranlarından ibarət “Veteranlar” beynəlmiləl xoru yaradılmışdır. 1985-ci ildə Mədəniyyət Nazirliyinin kollegiyasının 4 №-li qərarı ilə xora “xalq” kollektivi adı verilmişdir. Xor kollektivi baxış müsabiqələrdə, festivallarda, respublika üzrə keçirilən tədbirlərdə iştirakçı olmuş, fəxri fərman və diplomlarla təltif edilmişdir. 
2014-cü ilin oktyabr ayından Şəhər Mədəniyyət Evinin binası qəzalı vəziyyətdə olduğu üçün Nizami adına kinoteatrın binasına köçürülmüş və hal-hazırda fəaliyyətini orada davam etdirir.
            Mədəniyyət evində 12 nəfərdən ibarət “Gənclik” xalq çalğı alətləri ansamblı, “Bəndə” rok qrupu, meyxana qrupu, “Tilsim şou” qrupu, nağaraçalanlar, “Veteranlar” beynəlmiləl xoru,  “Zəminxarə” ansamblı, müxtəlif kurs və dərnəklər fəaliyyət göstərir.