Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanası

Fondu:37598 nüsxə
      Oxucu sayı:6036 nəfər
      Kitab verilişi: 87372 nüsxə

      Mərkəzi uşaq kitabxanası 1953-cü ildən fəaliyyət göstərir. Sahəsi 267 m2-dir. Kitabxana öz işini 1,2,8,9, 10, 11, 12, 16, 18, 38 saylı məktəb ilə əlaqəli şəkildə həyata keçirir.

    Kitabxanaya 2009-cu ildə alınan yeni proqram- Avtomatlaşdırılmış Kitabxana  Sistemi  İRBİS–64  kitabxana  proqramının bazalarında il boyu iş aparılmış, fondun və yeni alınan ədəbiyyatın proqramın yaddaşına köçürülməsi davam etdirilmişdir.  Kitabxananın Sum-child.az  ünvanlı  Veb saytı  hesabat ilində də virtual oxucuların xidmətində olmuşdur. 

        Dövlət Proqramına uyğun olaraq  Mərkəzi uşaq kitabxanasında   “Uşaq hüququ” informasiya mərkəzi və  kiçik  yaşlı oxuculara  xidmət  məqsədilə,   müasir kompyuter texnologiyaları ilə  təmin  olunmuş İnformasiya Resurs Mərkəzi  yaradılmışdır. Mərkəzin xətti ilə həm Mərkəzi uşaq kitabxanasında və  digər uşaq kitabxanalarında da oxucuların  hüquqi  biliklərlə  təmin  olunması  məqsədilə  vaxtaşırı  tədbirlər keçirilir.   Mərkəzi uşaq kitabxanası    dəfələrlə  (1999,  2003, 2010, 2012) Mərkəzləşdirilmiş Kitabxana Sisteminə  daxil olan  kitabxanalar arasında keçirilən müsabiqələrdə qalib gəlmiş,   Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən “İlin ən yaxşı  uşaq kitabxana-filialı”  nominasiyasına və  Fəxri fərmanlara və pul mükafatına  layiq görülmüşdür. Mərkəi uşaq kitabxanasında yaradılmış “Nağıl otağı” kiçik yaşlı oxucuların ən sevimli məkanına çevrilmişdir. Burada təşkil olunmuş sərgilər, cizgi filmləri və nağıl qəhrəmanlarının oyuncaqları, qədim milli əşyalar uşaqların kitabxanaya olan marağını daha da artırmışdır. “Nağıl otağı”nda  uşaqlar üçün  nüxtəlif mövzulu tədbirlər – nağıl saatı, cizgi filmi saatı keçirilir.