Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt şəhər mədəniyyət müəssisələrində anım günü keçirilib

12.12.2017

Sumqayıt mədəniyyət müəssisələrində dəyirmi masa təşkil olunub, mühazirələr oxunub. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunan seminar dərslərdə Sumqayıtın orta ümumtəhsil məktəblərinin şagirdləri fəal iştirak ediblər. Smart sinifdə təşkil olunan seminar dərslərdə Mərkəzin əməkdaşları Dahi Öndərin xilaskarlıq, quruculuq missisiyasından, Azərbaycan xalqı və dövləti naminə misilsiz xidmətlərindən, Təhsilin inkişafına, gənc nəslə qayğısından, Sumqayıta səfərlərindən və bu səfərlərin şəhərin inkişafına olan mühüm təsirləri barədə şagirdlərə məlumat verilib. Şəhərin 26 saylı orta məktəbin şagirdləri üçün keçirilən seminarda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film və Sumqayıt səfərləri barədə fotoslayd  iştirakçılara təqdim edilib.