Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa rayon mədəniyyət müəssisələrində anım günü keçirilib

12.12.2017

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Şuşa rayonu üzrə tabe müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilib.

Şuşa rayon Dövlət Rəsm Qalereyasında "Heydər Əliyev Şuşada" adlı foto-sərgi keçirilib, mədəniyyət mərkəzində ədəbi-bədii kompozisiya nümayiş olunub. Bülbülcan adına Şuşa şəhər uşaq musiqi məktəbində tədbir keçirilən tədbirdə Ulu öndərə həsr olunmuş şeirlər ifa edilib, Fəxri Xiyabanda məzarı ziyarət olunub. Niyazi  adına  Şuşa  Şəhər Uşaq İncəsənət  Məktəbində keçirilən tədbiri məktəbin  direktoru  Mirkamil  Ağamirov açaraq  Ümummilli  lider  Heydər Əliyevin həyat  və  fəaliyyəti haqqında  geniş məlumat verib. Daha sonra tədbirdə məktəbin müəllimləri: Aygün Əsədova, Etibar Əliyev, Aynur Ağamirova, Arif Məmmədov, Ellada Məmmədova; valideynlər: Aygün Abdıyeva, Türkan Mehrəlizadə, Samirə Yusifova və başqaları  çıxış edərək Heydər Əliyevin Azərbaycan  mədəniyyətinə, incəsənətinə, musiqisinə daim qayğıyla yanaşdığını qeyd edərək, onun xatirəsinin həmişə əziz tutulacağını bildirblər. Daha sonra  məktəbin şagirdləri:  Emil  Quliyev,  Fatimə Ağazadə,  Ləman İbrahimli, Aytən Yusifli,  Fatimə  Yusifovanın ifasında  Heydər  Əliyevə  həsr  olunmuş  şerlər  dinlənilib.