Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıtda bəstəkar Emin Sabitoğlunun 80 illiyi münasibətilə tədbir keçirilib

30.11.2017

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt Şəhər Mədəniyyət Evində görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilib, "Odlar yurdu” rəqs qrupunun ifasında "Azərbaycan”, "Ağ çiçək” rəqsləri maraqla izlənilib, Tədbirdə həmçinin, "Şəms” instrumental ansamblının ifasında "Şirin dil”, gənc müğənnilər Mehman Əhmədovun ifasında "Payız gəldi”, "Bu gecə”, Mehdi Yusifovun ifasında "İnsaf da yaxşı şeydi”, Elşən Quliyevin ifasında "Sevgi mahnısı”, "Dağları duman alanda”, Zaur Yusiflinin ifasında "Ala gözlüm”, Kamil Ağazadənin ifasında "Uzaq, yaşıl ada”, "Nə gözəldir Azərbaycan” mahnıları alqışlarla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti