Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xırdalanda Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

13.11.2017

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət” ordenli”, professor Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.  
Məktəbin nəzəriyyə şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə, müəllim Raziyə Əliyeva bəstəkarın həyat və yaradıcılığından geniş söhbət açaraq, Azərbaycan simfonik musiqisinin yaranması və inkişafında onun əvəzsiz xidmətlərini xüsusi qeyd edib. Tədbirdə bəstəkarın Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri tərəfindən ifa olunmuş əsərləri videoçarx vasitəsilə nümayiş etdirilib.