Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib

02.11.2017


Q.Qarayev adına uşaq musiqi məktəbində Azərbaycanın görkəmli bəstəkarı Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fortopiano, xalq çalğı alətləri şöbəsinin şagird və müəllimlərinin ifasında bəstəkarın əsərləri səslənib.
"Dostluq” Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyində görkəmli heykəltəraş, Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublikanın Xalq rəssamı Tokay Məmmədovun yaradıcılığına həsr olunmuş mühazirə təşkil edilib. Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları tərəfindən təşkil edilən mühazirədə dərnək şagirdlərinə rəssamın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Daha sonra Azərbaycan incəsənətinə verdiyi incilər haqqında geniş diskussiya aparılıb, Tokay Məmmədov haqqında hazırlanmış video çarx izlənib. Sumqayıtın Tarixi Muzeyinin yaradılmasının 50 illiyi münasibətilə muzeyin ekspozisiya zalında sərgi təşkil olunub. "50 ilin işığında” adlı sərgidə muzey fondunda qorunan nadir eksponatlar nümayiş olunur. Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanır.
 
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti