Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xırdalanda Müslüm Maqomayev anıldı

25.10.2017

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin müəllimləri Raziyyəxanım Əliyeva və Ləman Balayeva çıxış edərək bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər. Daha sonra məktəbin fortopiano və vokal şöbəsi şagirdlərinin ifasında Müslüm Maqomayevin əsaərləri səslənib. Sonda məktəb müdriyyəti adından tədbir iştirakçılarına təşəkkür edilib, xatirə hədiyyələri təqdim olunub.