Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıtda Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş konsert keçirilib

30.06.2017

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər “Dostluq” mədəniyyət evi Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə Azərbaycanla  Ukrayna arasında dostluq və diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş  konsert keçirib.
Sumqayıt Dövlət Dram Teatrında baş tutan tədbirdə “Dostluq” mədəniyyət evinin “Xəzri” mahnı və rəqs ansamblı, “Səmt” estrada qrupu və uşaqlardan ibarət “Start” estrada qrupu qala-konsert proqramı ilə çıxış ediblər.
Konsert səfirlik nümayəndələri, qonaqlar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi xanım Valentina Volkova tədbirdə çıxış edərək konsertdən məmmun qaldığını və belə bir proqramın təşkilinə görə şəhər rəhbərliyinə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinə, eyni zamanda “Dostluq” mədəniyyət evinə təşəkkürünü bildirib, əməkdaşlıq əlaqələrinin davam etdirilməsi üçün səylərini birləşdirəcəyini bildirib.