Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeronlu idmançılar Avrasiya çempionatında uğurla çıxış ediblər

04.08.2017

27-28 iyul 2017-ci il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Kyokuşinkay Karate idman növləri üzrə keçirilən Avrasiya Çempionatında Abşeronlu idmançılar uğurla çıxış ediblər.

14 ölkədən 600-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı Çempionatda Abşeron idmançılarından, Kənan İsayev, İsmayıl Qurbanov, Fatimə Rüstəmova, Tərlan Şeydayev birinci, Həsən Həmzəyev ikinci, Vüsal Xəlili üçüncü yeri tutublar.

İdmançıları yarışa Kyokuşinkay Karate idman növü üzrə Dünya çempionu, Abşeron komandasının baş məşqçisi, II dan qara kəmər sahibi, Beynəlxalq yarışların qalibi Elşad Əliyev hazırlayıb.

Elşad Əliyev “Abşeron Xəbər”ə bildirilib ki, yarışa yaxşı hazırlaşmışdıq. Yarışın çətin keçəcəyini bilirdik. Şükürlər olsun ki, yarışa 6 idmanç ilə qatılmışdıq və uğurlu nəticə ilə - 4 qızıl, 1 gümüş və 1 bürünclə vətənə döndük. Mənimçün çox yaddaqalan yarış oldu. Düşünürəm ki, layiqli qələbələr qazandıq. Qarşıdan bizi mötəbər yarışlar - 2017-ci ilin oktyabrında Türkiyənin İstanbul şəhərində keciriləcək Dünya çempionatı gözləyir. Məqsədimiz sözügedən yarışa ciddi hazırlaşmaq və Azərbaycanı layiqincə təmsil edərək ölkəmizə medallarla qayıdmaqdır. Sonda bizə dəstək verən Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülmmədovaya, rayon gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyevə təşəkkür edirik.

Məlumat üçün bildirək ki, yarışda Azərbaycan yığma komandası 19 idmançı ilə təmsil olunub. Komandamız 7 qızıl , 5 gümüş və 2 bürünc medalla mötəbər yarışı 2-ci pillədə başa vurub.