Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt şəhərində “Bəşəriyyətin sağalmaz bəlası” adlı maarifləndirici tədbir keçirilib

06.05.2026

5 may 2026-cı il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanada “Bəşəriyyətin sağalmaz bəlası” adlı tədbir keçirilib. Sumqayıt Şəhərinin Tarixi Muzeyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir narkomaniya mövzusuna həsr olunub. 

Tədbirdə Sumqayıt şəhər Polis İdarəsinin mayoru Ruslan Mehdiyev və Sumqayıt Narkoloji Dispanserinin həkimi Nihat Zərbalızadə çıxış edərək narkomaniyanın cəmiyyətə vurduğu zərərlər, onunla mübarizə yolları və profilaktik tədbirlər barədə məlumat veriblər.

Eyni zamanda, Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi tədbirdə fəal iştirak edib. Şagirdlərin ifasında narkomaniyanın ağır nəticələrini əks etdirən bədii kompozisiya təqdim olunub və bu çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Maarifləndirici xarakter daşıyan tədbirin əsas məqsədi ictimaiyyətin, xüsusilə gənclərin diqqətini narkomaniyanın fəsadlarına yönəltmək və sağlam həyat tərzinin təbliğinə töhfə vermək olub.