16.12.2025
24.09.2025-ci il tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Sumqayıt şəhər 15 nömrəli məktəbdə “44 günlük Vətən Müharibəsi” adlı mühazirə təşkil edilib.
Mühazirə zamanı müharibəni yetişdirən tarixi-siyasi zərurət, döyüşlərdə hərbi üstünlüyü ələ keçirmək üçün istifadə olunan hərbi taktika və addımlar barədə geniş məlumat verilmişdir.
Mühazirədən sonra mühazirə mətninə əsasən şagirdlərə test tapşırıqları təqdim edildi və 2 ən güclü nəticə höatərən şagird təşəkkürnaməyə layiq görüldü. Təşəkkürnamənin təqdimatı üçün həmin şagirdlər mərkəzə dəvət olundular.