Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Korrupsiyaya qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

25.11.2025

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbur keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Azər Əzizov, peşəkar və gənc rəssamlar, həmçinin qalereyanın əməkdaşları iştirak ediblər.

Çıxış edənlər “Korrupsiyaya qarşı mübarizəningücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Sonra vəkil Azər Əzizov iştirakçılar tərəfindən verilən maraqlı sualları cavablayıb.