Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xızı Rayon Heydər Əliyev Mərkəzində “Korrupsiya arzuları puç edir” adlı tədbir keçirildi

25.11.2025

Xızı rayonunda yerləşən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı, Xızı Rayin İcra Hakimiyyəti, Xızı rayon Polis şöbəsi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin iştirakı ilə Xızı rayon Heydər Əliyev Mərkəzində “Korrupsiya arzuları puç edir” adlı maarifləndirici tədbir keçirildi.

 

Tədbirdə çıxış edənlər tərəfindən Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılması daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğu vurğulanıb, həmçinin bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyi bildirilib.

 

Dəyirmi masa ətrafında keçirilən maarifləndirici görüşün məqsədi cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsi ilə bağlı tədbirlərin görülməsi, antikorrupsiya davranış modelinin formalaşdırılması, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi olub.