Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin 2024-cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda hesabat iclası keçirilib

20.02.2025

19 fevral 2025-ci il tarixində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Ramil Rəhimovun sədrliyi ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində iclas keçirilib.

İclasda idarə rəisi çıxış edərək, 2024-cü il ərzində tabe mədəniyyət müəssisələrində görülmüş işlərin yekunlarının təhlili, qarşıda duran məsələlər, müəssisə rəhbərlərinin vəzifə öhdəliklərinin qanunvericiliyə uyğun şəkildə yerinə yetirilməsi, müəssisələrdə mütəmadi olaraq monitorinqlərin keçirilməsi, 2025-ci il ərzində keçiriləcək uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasına, uşaq incəsənət festivalına hazırlıq barədə tapşırıq və tövsiyələrini bildirib. Həmçinin, o qeyd etdi ki, müəssisə rəhbərlərinin öz vəzifə öhdəliklərini mövcud qanunvericiliyə uyğun, humanizm prinsiplərini əsas götürməklə layiqincə yerinə yetirməsi dövlətin mədəniyyət siyasətinin yerlərdəki təmsilçisi olan mədəniyyət müəssisələri tərəfindən göstərilən xidmətin səmərəliliyini və keyfiyyətini səciyyələndirən əsas göstəricilərdəndir.

Sonda regional idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərlərinin 2024-cü il ərzində görülmüş işlər haqqında çıxışları dinlənilib.