Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi şəhidlərinin ”Sizi xatırladır...” adlı sərgi-tədbiri təşkil edildi

03.11.2023

Sumqayıt Dövlət Rəsm Qalereyası, AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində "Sizi xatırladır..." adlı sərgi-tədbir keçirilib.

Öncə müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Milli Qəhrəman Polad Həşimov və Qorxmaz Eyvazovun ailə üzvləri, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, şəhid ailələri, rəssamlar, şairlər, yazıçılar, qazilər, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Çıxış edənlər şəhidlərin xatirələrinin əbədiləşdirilməsinin, ailələrinin ziyarət edilməsinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtiramının bariz nümunəsi olduğunu bildiriblər.

Sonda Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

Qeyd edək ki, sərgidə tanınmış rəssamların əsərləri ilə yanaşı 30 nəfər şəhidin şəxsi əşyaları nümayiş olunub.