Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bəla” adlı tamaşa nümayiş olundu

30.10.2023

Abşeron rayon Mədəniyyət Mərkəzində Azərbaycanın xalq artisti, teatr aktrisası, eyni zamanda Abşeron rayon Mədəniyyət Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Musiqili Komediya Xalq Teatrının quruluşçu rejissoru Şükufə Musayevanın hazırladığı Asif Kəngərlinin "Bəla" adlı əsərindən tamaşa nümayiş olunub.

Tədbirdə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi və mədəniyyət işçiləri iştirak ediblər.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin yaratdığı problem və fəsadları əks etdirən tamaşa zalda əyləşənlərin alqışları ilə müşayiət olunub.

Sonda çıxış edən Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışaraq, tamaşa iştirakçılarına uğurlar arzulayıb.