Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

20.10.2023

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi və Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin və FHN-nin Sumqayıt Regional Mərkəzinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Öncə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilərək, Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Heydər Əliyevin dövlətimiz və xalqımız üçün göstərdiyi müstəsna xidmətləri xatırladan videoçarx nümayiş etdirilib.

Tədbir şagirdlərin ifasında ədəbi–bədii kompozisiya göstərilərək sonlandırılıb.