Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

III Sumqayıt Kitab Sərgisi baş tutdu

17.10.2023

13-15 oktyabr tarixlərində “Kimyaçı” Mədəniyyət Sarayında III Sumqayıt Kitab Sərgisi keçirilib.

Tədbiri Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şəmil Sadiq açıq elan edərək, sərginin əhəmiyyətindən bəhs edib.

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru yazıçı Varis Yolçuyev, ANAİB-in sədr müavini Nurman Tariq çıxış edərək, tədbirin keçirilməsini kitabın təbliğatı, mütaliəyə olan marağın artırılması üçün əzəmətli bir təşəbbüs olduğunu vurğulayıblar.

Sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatının iştirakı ilə baş tutub və satışdakı kitablara müxtəlif faizli endirimlər tətbiq olunub.

Kitab bayramında tanınmış ədiblərin, mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klasslar keçirilib. O cümlədən yazıçılar Zahid Xəlil, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu da oxucuları ilə görüşüblər.