Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Missiya” qısametrajlı bədii filminin təqdimat mərasimi keçirildi

28.09.2023

Sumqayıt şəhər “Kimyaçı” Mədəniyyət Sarayında baş tutan təqdimat mərasimində Sumqayıt şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri və digərləri iştirak ediblər. Filmin təqdimatından öncə Vətən müharibəsində Azərbaycan xalqının böyük Qələbəsinə həsr olunan sərgi açılıb. Tədbirdə ilk öncə doğma Vətənin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Filmin nümayişindən əvvəl çıxış edənlər Vətən müharibəsinə həsr olunmuş silsilə filmlərin çəkilməsinin təqdirəlayiq olduğunu, şanlı tariximizin təbliğ olunmasında, gənc nəslin vətənpərvər ruhda yetişməsində mədəniyyət müəssisələrinin əhəmiyyətli rolundan söz açıblar. Daha sonra “Missiya” qısametrajlı bədii filmi nümayiş olunub.