Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət naziri Adil Kərimli Sumqayıtda vətəndaşları qəbul edəcək.

26.09.2023

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 27 oktyabr tarixində saat 10:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi 53) Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 20 oktyabr 2023-cü il tarixinə qədər Abşeron - Xızı Regional Mədəniyyət İdarəsinin absheron-khizi@culture.gov.az elektron poçt ünvanı, (018) 64-4-46-04 (daxili 210) telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.