Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıtda “Xəzərin sahilində” layihəsinə start verildi

14.08.2023

Sumqayıtda “Xəzərin sahilində” layihəsinə start verildi

13 avqust 2023-cü il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt bulvarında şəhərin sakinləri və qonaqları üçün konsert proqramı və gənc rəssamların plenerləri təşkil olunub. Konsertdə N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi olan “Endorfin” rok musiqi qrupu rəngarəng musiqi nömrələri ilə çıxış edib. Sumqayıtlı rəssamlar musiqi sədaları altında təcrübə mübadiləsi edərək, rəsm əsərlərini çəkməyə davam ediblər.

Qeyd edək ki, “Xəzərin sahilində” layihəsi 3 sentyabra qədər davam edəcək.