Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş film günlərinə start verildi

03.08.2023

“Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş film günlərinə start verildi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Abşeron rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu. Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Mahmudzadə çıxış edərək, Azərbaycanda kino sənətinin xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynadığını, Kino Gününün təsis edilməsində Ulu Öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Çıxışdan sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “Generalın planı” adlı filmə baxış keçirildi.