Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbin şagirdləri “VİVA ASTANA” X Beynəlxalq vokal-instrumental müsabiqəsində qalib gəldilər

20.07.2023

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsində təhsil alan şagirdlər İtaliya-Qazaxıstan ölkələrinin təşkilatçılığı ilə onlayn formatda keçirilən “VİVA ASTANA” X Beynəlxalq vokal-instrumental müsabiqəsində iştirak ediblər. Şagirdlərdən Xatun Baharlı I dərəcəli və Nurlana İsmayılova II dərəcəli Laureat adına layiq görülüblər. Şagirdləri müsabiqəyə hazırlayan müəllimlər Elnarə Əhmədova və Sevinc Qasımova “Təşəkkürnamə” ilə təltif olunublar.