Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi, Mingəçevir - Yevlax - Bərdə şəhər və rayonlarına səfər etdilər

25.06.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi, 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar  ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı əsasında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və dəstəyi ilə 19-20-21 iyun tarixlərində Mingəçevir - Yevlax - Bərdə şəhər və rayonlarında rəngarəng konsert proqramları ilə çıxış ediblər. Konsert proqramları böyük maraqla və alqışlarla qarşılanıb. Sözügedən məktəbin direktoru "Əməkdar müəllim" İkram Manafov  öz çıxışında tədbirlərin keçirilməsi üçün  yüksək səviyyədə  yaradılan şəraitə  görə şəhər rəhbərlərinə dərin təşəkkürünü bildirib. Tədbirlərdə Bərdə Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrin əməkdaşları, uşaq musiqi və incəsənət məktəblərinin rəhbər və müəllimləri iştirak ediblər. Sonda xatirə şəkilləri çəkilib.