Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ordumuz qürur mənbəyimizdir” adlı konsert təşkil olundu

25.06.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli N.Nərimanov adına Mədəniyyət Mərkəzində 26 iyun Silahlı Qüvvələr Gününə həsr  olunan “Ordumuz qürur mənbəyimizdir” adlı konsert proqramı keçirilib. Tədbirə gənc rejissor Adil Səfərov aparıcılıq edib. Konsertdə müğənnilər Pənah Məmmədli, Əli Əzizoğlu, Həvəs Bayramova, Fərid Abdullazadə, saz ifaçısı Anar Laçınlı rəngarəng musiqi nömrələri, “Tərəqqi” medallı, Respublikanın Əməkdar artisti, Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Rauf Ağakişiyevin ifasında “Qarşınızda bir ömür sayğı duruşundayız” şeiri səsləndirilib. Tədbirdə müğənniləri gənclərdən ibarət “Forte band” ansamblı müşayiət edib.