Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Onlar Bir İnci dir” layihəsinin üçüncü təqdimatı baş tutdu

21.06.2023

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” Mədəniyyət evinin hazırladığı  “Onlar Bir İncidir” adlı layihəsinin növbəti buraxılışı tamaşaçılara təqdim olunub. Layihənin bu dəfəki qonağı əməkdar mədəniyyət işçisi, tərəqqi medalı şair Əşrəf Veysəlli olub. Əvvəlcə tədbirin aparıcısı Əminəxatun Tərlan səbəkarı tamaşaçıların alqışları ilə səhnəyə dəvət edib, şairi və qonaqları salamladıqdan sonra sözü Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevə verib. İdarə rəisi qonaqları salamlayıb, şairə xoş arzularını bildirərək ona yaradıcılıq uğurları arzulayıb və hədiyyələrini təqdim edib. Sonra şairin yaradıcılığı haqqında söhbətlər aparılıb, şeirləri dinlənilib. Sədaqət Ulduzun və muğam üçlüyünün ifasında musiqilər, Sumqayıt şəhər Poeziya evinin direktoru Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim İlyaslının, Dostluq Mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvləri Mədinə Hüseyn və Nuray Şahsuvarlının təqdimatlarında şairin şeirləri, həmçinin, tədbirdə qonaq qismində iştirak edən Tatarıstan Respublikasının əməkdar incəsənət xadimi Salıxov Danil Habibraxmanoviçin şair haqqında ürək sözləri alqışlarla qarşılanıb.