Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə uğur qazandılar

19.06.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində skripka sinfində təhsil alan Nuray Məmmədli və Jasmin Bağıyeva Türkiyədə onlayn keçirilən “Bravo” XI Beynəlxalq Musiqi müsabiqəsində I yerə layiq görülüblər. Şagirdləri müsabiqəyə hazırlayan müəllimləri Reyhan Şükürova Sertifikatla təltif olunub.