Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri müsabiqədə qalib gəldilər

19.06.2023

Mediasiya Şurası, Sumqayıt 1 saylı Mediasiya Təşkilatı və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin 5-9 sinif şagirdləri arasında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən “Mənim ailəm”, “Mənim ailə dəyərlərim” adlı inşa və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblər arasında Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin rəssamlıq sinfində təhsil alan Aysu Nəcməddinova I yerə və Zeynal Əmiraslanov Sertifikatla təltif olunublar. Müsabiqəyə şagirdləri müəllimləri Səadət Şahbazova hazırlayıb.