Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Uşaqlar bizim gələcəyimizdir” adlı Uşaq Yaradıcılıq Festivalı təşkil olundu

16.06.2023

Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Vasili Əliyev adına Rayon Mədəniyyət və Mahmudlu kənd Mədəniyyət evlərinin təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı Uşaq Yaradıcılıq Festivalı keçirilib. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov, Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının müavini Xoşqədəm Alıyeva, Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, Orta məktəblərin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri iştirak ediblər. Öncə qonaqlar mədəniyyət evinin foyesində rəsm müsabiqəsində qalib gələn gənclərin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Aparıcı tədbir haqqında geniş məlumat verib, bildirib ki, iyun ayının 5-dən 9-a kimi Qubadlı rayon ümumtəhsil məktəbləri arasında bədii qiraət, rəqs, rəsm, çalğı alətləri bacarığı üzrə müsabiqə keçirilib. İştirakçılar hər nominasiya üzrə I, II, III yer üzrə mübarizə aparıblar. İyun ayının 16-sı qalib iştirakçılardan ibarət yekun konserti baş tutub. Qaliblər hər biri öz məharətlərini nümayiş etdiribər. Çıxış edən qonaqlar qalib gələnləri ürəkdən təbrik edib, bütün gənclərə uğurlar arzulayıblar. Sonda qaliblər diplomlarla təltif olunublar.