Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan hesabat konserti təşkil olundu

15.06.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan hesabat konserti keçirilib. Öncə Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konsertdə bir çox musiqi nömrələri ifa olunub. Rəqs kollektivinin ifasında Vüqar Cəfərovun rəhbərliyi ilə “Azərbaycan suitası”, T.Quliyevin “Zibeydə”əsəri, Cavidan Cəfərlinin və Bağır Bağırovun ifasında C.Cahangirov “Qəzəl” əsəri məktəbin böyük xorunun ifasında T. Cəbrayılovun “Ey vətən” əsəri, Yusif Mehralızadə və Əsma Bayramovanın ifasında Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Rövşanə Əliyeva və Fərid Abdullazadənin ifasında “Heyratı” əsəri səsləndirilib. Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək, məktəbin müsabiqələrdə və tədbirlərdə fəal iştirak edən müəllim və şagirdlərinə fəxri fərmanlar təqdim edib.