Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbi kollektivi növbəti uğuru əldə etdi

15.06.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin Fortepiano ixtisası üzrə 1-ci sinif şagirdi Nərgiz Zeynalova Almaniyada təşkil olunan "Wold of Talents" adlı Beynəlxalq onlayn müsabiqədə iştirak edərək, II yerə layiq görülüb. O, müsabiqədə İ.Berkoviçin "Etüd" və N.Levinin "Malenkiy vals" əsərlərini ifa edib. Şagirdi müsabiqəyə məktəbin Fortepiano ixtisası üzrə müəllimi Xanım Məmmədova  hazırlayıb. Həm şagird, həm də müəllimi diplomla təltif ediliblər.